Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda su, işıq, qaz və digər yanacaq növlərinə ayda adambaşına orta hesabla 30 manat sərf olunub.
Teleqraf.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən kommunal xərclər 5,9% və ya 1 manat 63 qəpik artıb.
Kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda sərf olunub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq kommunal xərclər 46 manat 40 qəpik olub. Kommunal xidmətlərə ən az vəsait xərcləyən bölgə isə Şərqi Zəngəzur iqtisadi rayonu olub. Şərqi Zəngəzur iqtisadi rayonunda adambaşına düşən orta aylıq kommunal xərclər 21 manat 40 qəpik təşkil edib.Paytaxt üzrə bu rəqəm 26, Naxçıvan üzrə 29,8, Qarabağ üzrə 29,3, Lənkəran-Astara üzrə 33,9 manat təşkil edib.