14:30
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan etibarən Avstraliyanın bəzi bölgələrində şiddətli istilərin olacağı bildirilib. Bununla əlaqədar ölkədə yanğınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Avstraliya Meteorologiya Bürosunun (BOM) verdiyi açıqlamada yer alıb. Hazırda yay mövsümünün yaşandığı ölkədə sabah istilərin həddindən artıq güclü olacağı qeyd olunur.

Ölkənin Viktoriya və Cənubi Avstraliya əyalətlərində sabahdan temperaturun 45 dərəcəyə çatacağı ifadə edilib.

İstilər səbəbindən yanğın təhlükəsinin olduğu və yollarda nəqliyyatın dayana biləcəyi vurğulanır, rayon sakinləri diqqətli olmağa çağırılır. Sabah Avstraliyanın son zamanların ən isti yayı yaşayacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ölkənin Yeni Cənubi Uels (NSW), Kvinslend, Viktoriya və Cənubi Avstraliya ştatlarında 2019-cu ilin sentyabr ayında başlayan və təxminən 6 ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirmişdi.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər