Nazirlər Kabineti “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” 2 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Azərsığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini sözügedən Komissiyanın tərkibindən çıxarılıb.