Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Yaşayış minimumu haqqında" və "Ehtiyac meyarı haqqında" qanunları təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, gələn il Azərbaycanda yaşayış minimumu bu illə müqayisədə 36 manat və yaxud 17,15% çox – 246 manat təşkil edəcək.
2023-cü ildə ölkədə ehtiyac meyarı isə 2022-ci ilə nisbətən 46 manat və yaxud 23% çox – 246 manat olacaq.
***
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.
Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun büdcəsi bu ilə nisbətən 31,1 milyon manat və yaxud 17,25% çox – 212,7 milyon manat olacaq.