29 İyul 2023 13:09
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nda göstərilib.

Qaydaya görə, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.

Həmin qaydanın digər bəndində isə göstərilir ki, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bank hesabına yığılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər