2 Avqust 2023 14:58
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərəcək.

Xatırladaq ki, sözügedən sənəd ötən ilin noyabrın 14-də imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər