1 Noyabr 2023 12:27
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

***

Nazirlər Kabineti “Azərbaycan Respublikasının mülki donanmasının gəmilərinin şəxsi heyətinin hərbi-dəniz hazırlığı Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qaydalar məxfidir.

***

Nazirlər Kabineti “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər