25 Yanvar 17:03
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənəd ötən il dekabrın 7-də Bağdad şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Hökumətinə bildiriş göndərməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər