Balıq populyasiyasının bərpasına və su bioresurslarının qorunmasına dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu, Sahil qəsəbəsi akvatoriyasına növbəti dəfə balıq körpələri buraxılıb.
Teleqraf.com xəbər verir , bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, balıq körpələrinin buraxılışı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib:
"Tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 30 min ədəd Xəzər qızılbalığı körpəsi buraxılıb".