20 İyul 16:58
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla dərman vasitələrinin ekspertizasının aparılması qaydasına edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-nin Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır.

Eyni zamanda beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib.

Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddəti azaldılıb.

Belə ki, qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizaya 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə, cəmi 14 gün təşkil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər