Prezident İlham Əliyev Rafael Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, Sərəncamla Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.