29 Sentyabr 2020 16:07
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun döyüş hazırlığı, döyüş qabiliyyəti çox yüksək səviyyədədir. Ordumuzda ruh yüksəkliyi, vətənpərvərlik, qələbə əzmi həddindən artıq çoxdur. Azərbaycan xalqı böyük əzmlə ordumuzun arxasındadır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Millət vəkili deyib ki, ordu ilə xalq arasında çox möhkəm birlik və həmrəylik mövcuddur:

“Ordu hiss edir ki, xalq ona güvənir. Xalqımız da öz qəhrəman qüdrətli ordusunun arxasındadır. Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı əks-hücüm əməliyyatı davam edir. İnanırıq ki, bu hücum qələbə ilə nəticələnəcək, torpaqlarımız işğaldan azad ediləcək. Bir-birimizi bu qələbə münasibətilə yaxın günlərdə təbrik edəcəyik".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər