Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.
Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.
Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.