Ağdərə şəhərində Qarabağın bir sakini mina partlaması nəticəsində ölüb.
Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.
Hadisənin yanvarın 12-də baş verdiyi qeyd olunur.
“12 yanvar tarixində saat 17:50-də Ağdərə sakini şəhərin məhəllələrinin birində ekskavatorla yer işləri görərkən ilkin məlumatlara görə, mina partlayıb və çox sayda xəsarət alaraq yerindəcə ölüb”, – deyə məlumatda bildirilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisənin baş vermə şəraitini aydınlaşdırdığı qeyd olunur.