15 Yanvar 2021 08:05
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi həkimlər Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarını koronavirus əleyhinə peyvənd etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində bildiriblər.

"Rusiya sülhməramlı kontingentinin həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başladılar. Bir gün əvvəl xüsusi termo konteynerlərdə "Sputnik-V" vaksininin təxminən 2 min dozası sonrakı istifadə üçün xüsusi təyinatlı tibb bölməsinə çatdırılıb", - nazirlikdə deyiblər.

Peyvənd edilmə iki mərhələdə olacaq: vaksinin birinci komponenti yanvarın sonuna kimi, ikinci komponent - 21 fevrala qədər sülhməramlılara vurulacaq. İlk olaraq sülh kontingentinin komandanlığı və hərbi həkimlər peyvənd edilib.


Müəllif: Teleqraf.com