“Ermənistan Baş naziri Nikol Paşinyan cari ilin iyul ayının 20-də növbədənkənar seçkilərdə öz reyitnqini gücləndirmək üçün Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan Laçın dəhlizindən keçib Xankəndiyə gələ bilər”.
Teleqraf.com xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu fikirdədir.
O qeyd edib ki, bu riskli səfərə rəsmi Bakının sərt reaksiyası mümkündür: “Amma Paşinyan seçkiqabağı Bakının razılığını almağa çalışacaq. Nə olur-olsun Paşinyanın Qarabağa gəlməyinə icazə verilməməlidir. Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağdakı ermənilərlə bağlı Ermənistanın fəaliyyətini sıfıra endirəcək”.