1 Aprel 2021 21:13
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla keçirdiyi görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında ​​deyilir.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”, - məlumatda bildirilib.


Müəllif: Teleqraf.com