9 May 2021 16:57
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirib.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə 450 sülhməramlı iştirak edib. Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov tədbirdə çıxış edib.

Tədbir zamanı 1945-ci il mayın 1-də sovet ordusunun əsgərləri tərəfindən Berlindəki Reyxstaq binasının damına asılmış bayraq təqdim olunub.


Müəllif: Teleqraf.com