12 Sentyabr 2022 13:09
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər