13 Dekabr 2022 14:34
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Qarabağın dağlıq hissəsindəki son gəlişmələrə diqqət çəkib:

“Moskva Xocalı soyqırımından sonra bölgədə müharibənin genişlənəcəyi təhlükəsinə görə Qarabağdakı mənfur 366 hərbi briqadanı bölgədən çıxarmağa qərar verdi. O zaman hadisəni yerindəcə izləyən rusiyalı jurnalistlərdən biri hərbi briqadaya komandanlıq edənlərin və onların xanımlarının maşınlarında pul və zinət aşyaları daşımalarının şahidi olmuş və bunu qələmə almışdı.

Qarabağdakı rusiyalı hərbçilər iki yolla varlanırdılar. Birincisi, erməni separatçıları ilə birgə işğal etdikləri ərazilərdə azərbaycanlıların evlərini yağmalayırdılar. İkincisi, separatçılar onlara verilən dəstəyə görə rusiyalı zabitlərə dünyadakı erməni lobbisindən aldıqları pulları bölüşürdülər.

Kim zəmanət verə bilər ki, erməni separatçıları yenə eyni taktikadan istifadə etmir? Separatçılar erməni lobbisindən aldılqarı puldan Rusiya hərbi kontingentinin rəhbərliyi və zabitləri ilə bölüşür, Azərbaycana aid yataqların qanunsuz istismarından əldə edilən gəlirdən onlara pay verirlər. Azərbaycanlı məmurların yataqlarda monitorinq aparmasına yaradılan əngəlin səbəblərindən biri də budur.

Rusiya Ukrayada işğal etdikləri ərazilərdə taxılı yağmaladığı kimi, hərbçiləri də Azərbaycan ərazisində yataqlarımızın qanunsuz istismarından qazanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər