2 Fevral 2023 09:56
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, yanvarın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə idə 157 mina və 523 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Müəllif: Teleqraf.com