“Qarabağdan danışanda dünya bizi “işğalçı” adlandırır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Akop Aslanyan deyib.
“Dünya deyir ki, otuz il işğalda saxladın (Azərbaycan ərazilərini – red.), işğal etdin, bunu dünya deyir, biz yox”, - deputat bildirib.
Aslanyan Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sayıqlamasını da malalamağa çalışıb. Onun sözlərinə görə, bütün dünya Paşinyanı “səhv” başa düşüb.
“Biz “Qarabağ Ermənistandır və nöqtə” deyəndə diplomatiyanı itirdik. Amma bu, “Qarabağ Ermənistan ərazisidir” demək deyil. Yəni bunu ərazi üçün deməmişdik. Orada ermənilər yaşayırlar, bu baxımdan belə dedik. Bunu yanlış anladılar, elə zənn etdilər ki, biz “Qarabağ Ermənistan Respublikasıdır və ərazi istəyir” deyirik”, - Aslanyan əlavə edib.