1 Avqust 2023 15:48
4 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.

Teleqraf.com Caliber.az-a istinadla xəbər verir ki, görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Halbuki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər.

Siyasi ekspert Asif Nərimanlı bildirib ki, Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün Yevlaxda keçiriləcəyi haqda yayılan məlumatlar maraqlı detaldır: "Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta “biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü. İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir".

Onun fikrincə, erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər