19 Dekabr 2023 15:57
7 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və Qarabağda (Azərbaycan) sülhün əsas təminatçısı Rusiya hərbi qüvvələridir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiya hərbi kontingenti Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir”, - nazir bildirib.

Şoyqu Rusiya hərbi kontingentinə vəziyyətin dəyişməsinə uyğun olaraq, Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu