7 May 13:25
8 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Amerikanın ölkəmizdəki səfirinin Şuşa səfəri, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməyib.

Teleqraf.com xəbər verir ki, ona bu barədə sual jurnalistlərlə brifinqdə verilib.

“Bu mövzuda heç bir şərhim və ya gözləntim yoxdur”, - Miller erməni jurnalistin müvafiq sualına cavabında deyib.

Xatırladaq ki, dünən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı ilə birlikdə Şuşa və Füzuli şəhərlərində olub.


Müəllif: Mənsur Rəğbətoğlu