18 May 21:47
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin “Global Fire” Təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı yeni araşdırmasını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, qardaş ölkə Türkiyə də ilk onluqda yer alıb.

Araşdırmaya görə, 1-ci yerdə hərbi büdcəsi 831 milyard dollar olan ABŞ ordusudur. ABŞ-nin 1 milyon 400 min hərbçisi, 13 min hərbi hava qüvvəsi birliyi, 4600 tank və böyük donanması var.

İkinci yerdə 68 milyard dollarlıq hərbi büdcə, 644 hərbi aviasiya birliyi və 213 tankı ilə Böyük Britaniyadır.

Türkiyə 40 milyard dollarlıq hərbi büdcə ilə 3-cü yerdədir. Qardaş ölkənin 520 000 aktiv, 400 000 ehtiyat hərbçisi var, hücum PUA-ları ilə seçilir. Eləcə də 2200 tank və 200 döyüş gəmisi var.

Siyahının 4-cüsü 100 min hərbçi, 800 hərbi təyyarə və helikopter, 30 tank və 20 döyüş gəmisi olan İtaliya ordusudur.

Fransa 5-ci yerdədir, 50 milyard dollarlıq büdcə, 141 min hərbçi, 972 hərbi hava birliyi var.

Almaniya 55 milyard dollarlıq hərbi büdcə, 62 min hərbçi, 300 hərbi təyyarə, 318 helikopter, 295 tank və 64 döyüş gəmisi ilə 5-cidir.

İspaniya ordusu 7-ci yerdə qərarlaşıb, 75 min hərbçi, 139 hərbi təyyarə, 121 helikopter və 327 tankı var.

8-ci yerdə 38 milyard dollarlıq hərbi büdcə, 100 minlik quru qoşu, 468 hərbi hava qüvvələri birliyi və 612 tankı olan Polşadır.

9-cu yerdə duran Kanada ordusunun 44 min hərbçi, 69 hərbi təyyarə, 143 helikopter, 74 tank və 4 sualtı gəmisi var.

Onluğu Yunanıstan ordusu tamamlayır: 200 canlı qüvvə, 194 hərbi təyyarə, 289 helikopter və 1365 tank.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər