Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçıları Rusiya bayrağını yandırıblar.
Teleqraf.com xəbər verir ki, etirazçılar həmçinin hakim "Gürcü Arzusu" Partiyasının bayrağına da od vurublar.
Qeyd edək ki bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu açıqlayıb.