18 May 20:13
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Teleqraf.com xəbər verir ki, mayın 18-i Xaçmazda yağan qısamüddətli leysan yağışı nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə əmələ gətirib. Bununla əlaqədar sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub və müvafiq dövlət qurumlarına məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər