18 May 19:37
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ukraynada Rusiya ordusu ilə döyüşlərdə faydalı olacaq hücum əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulan xüsusi kəşfiyyat bölməsi hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə reportyoru bu bölmənin Estoniyadakı təlimlərini izləyən RTL radiosu məlumat yayıb.

“İçəri (Ukraynaya) girəcəyik, düşmən mövqelərinə yaxınlaşmağa çalışacağıq, hətta (hiss olunmadan) yanlarından keçəcəyik”, - Fransa bölməsinin üzvü baş çavuş Kventin deyib.

Mənbə bildirir ki, düşmənin dayaq məntəqələrinin aşkarlanması və səngərlərə giriş nöqtələrinin axtarılması, həmçinin hücum qruplarının hərəkətlərinin əlaqələndirilməsi xüsusi bölmənin missiyasına daxildir.

RTL Fransa qrupunun pilotsuz təyyarələri izləyəcəyini də qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər