18 May 22:54
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhkəm bağlar üzərində qurulan Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə görünmə gücünü və effektivliyini gündən-günə artırır. Birgə səylərimiz nəticəsində ailə məclisimiz fəaliyyətini artıraraq beynəlxalq arenada diqqət çəkən, üçüncü dövlətlərin də əməkdaşlıq etmək istədiyi güclü və nüfuzlu bir təşkilata çevrilib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk İnvestisiya Fondunun açılış mərasimində ifadə edib.

Təşkilata üzv ölkələrin prezidentləri tərəfindən həyata keçirilən fəaliyyətlərin Türk dünyasının ortaq maraqlarına xidmət etdiyini qeyd edən Yılmaz, mühüm qərarların qəbul edildiyi İstanbul, Səmərqənd və Astana sammitlərindən sonra TDT-nin nüfuzunu daha da artırdığını vurğulayıb: "Hədəfimiz Türk dünyasını hər sahədə gücləndirmək və müxtəlif çətinliklər qarşısında daha dayanıqlı etməkdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər