19 May 17:37
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər