18 May 20:02
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdəki əyləncə məkanlarına getməməyə çağırıb.

Qeyd edək ki, Bişkekdə, əsasən Asiyadan olan mühacirlərin kütləvi şəkildə yaşadığı bir sıra ərazilərdə mayın 13-də baş vermiş kütləvi dava iştirakçılarına ədalət tələb edən yerli sakinlərin iştirakı ilə etiraz aksiyaları keçirilib. Daha sonra Qırğızıstanın paytaxtında hostellərin birində əcnəbilərlə Qırğızıstan vətəndaşları arasında münaqişə baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər