18 May 23:17
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin mayın 18-də xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər.

Vetonun götürülməsi üçün “Gürcü arzusu”nun malik olduğu sadə səs çoxluğu tələb olunur. Eyni zamanda, parlament üzvləri iyunun 28-də tətilə gedəcək:

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər