18 May 22:39
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin texnikası və şəxsi heyəti birgə hərbi təlimlərdə iştirak etmək üçün Moldovanın paytaxtı Kişinyova gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Moldovadakı səfirliyi məlumat yayıb.

"Şimali Karolina Milli Hava Qvardiyasının "Boeing C-17" təyyarəsi bu səhər "Peace Shield" adlı təliminə dəstək olaraq Kişinyov hava limanına gəlib. Şimali Karolina Qvardiyasının və ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələrinin 35 hərbi qulluqçusu Moldova Respublikasının nazirlikləri ilə əməkdaşlıq edərək fövqəladə hallar zamanı Moldova vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri cavab taktikalarını tətbiq edəcək", - deyə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər