9 İyul 2015 08:30
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın tibb işçiləri pasiyentlərdən birinə batareya boyda süni ürək köçürüblər. İmplantat ürəyin klapanlarını normal işlədir. Qurğu ürəyin mədəciklərinin fəaliyyətinə kömək edir, nəticədə ürək əzələsi zəifləmiş pasiyentlər ikinci həyat qazanırlar.

Aparat ürəyin yuxarı hissəsinə bərkidilir. Ürək öz yükünün öhdəsindən gələ bilməyəndə elektron qurğu onun köməyinə tələsir. Ürəyə klapanın əvəzinə kateter qoyulur, bu da ürəyin dayanmasını istisna edir.

Yeni implantın fərqləndirici xüsusiyyəti onun çox kiçik ölçüdə olmasıdır. Hələ bir neçə il əvvəl hər beşinci pasiyent ürəkköçürmə əməliyyatına qədər vəfat edirdi. Yeni qurğu bu problemi həll etməli və vəziyyəti dəyişməlidir.


Müəllif:

Oxşar xəbərlər