11 Yanvar 2016 22:17
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə iş saatı azaldılır.

Teleqraf.com "İndependent" qəzetinə istinadən xəbər verir ki, qocalar evləri, xəstəxanalar, maşın mərkəzlərində bu dəyişiklik artıq olub.

İsveç hesab edir ki, 6 saatlıq iş günü insanların əməyini daha məhsuldar, özlərini isə daha xoşbəxt edəcək.

İsveçin ikinci ən böyük şəhəri olan Gothenburgda Toyota mərkəzləri 6 saatlıq iş gününə 13 il əvvəl keçiblər. Şirkətin fikrincə, bu dövrdə mənfəət artıb, işçilər daha xoşbəxtdirlər.

İsveçdəki şirkətlərdən birinin rəhbəri olan Linus Feldt deyir ki, 8 saatlıq iş günü düşünüldüyü kimi səmərəli deyil.

Onun sözlərinə görə, “8 saat diqqətini bir işdə cəmləmək çətindir. Belə işdən sonra özəl həyatın problemlərini də yoluna qoymaq çətin olur.”


Müəllif: