Dünyadakı sənaye robotlarının ümumi həcminin 1/4-i Çinin payına düşür. Bu barədə sənaye və informasiya texnologiyaları naziri Xuay Tzinpen 4-cü elektron-informasiya texnologiyaları yarmarkasında bildirib.
Nazirin sözlərinə görə, Çin robot istehsalında nəinki güclü texniki və intellektual ehtiyata, həmçinin geniş bazar perspektivinə malikdir.
Robot istehsalı sahəsində inkişaf proqramına əsasən, 2020-ci ilədək ölkədə robotların illik satış həcmi 150 min ədədə çatacaq. Onların ümumi sayı isə keçən illə müqayisədə 400 min ədəd artaraq 800 min ədəd təşkil edəcək. Proqnozlara görə, həmin dövrə qədər Çində robot istehsalı sənayesinin gəlirinin həcmi 100 milyard yuan olacaq.
Proqramda qeyd olunur ki, robot texnikası səhiyyə, informasiya və digər sahələrdə olduğu kimi, məişətdə də geniş istifadə ediləcək.