Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lolita Milyavskaya, Yuliya Samaylova, Nataşa Koroleva, Nikolay Dobrin, Lüdmila Artyomyeva kimi məşhur rusiyalı sənətçilərin Ukraynaya girişi üç il müddətinə qadağan edilib. Qara siyahıya salınan mədəniyyət işçiləri içərisində Ukrayna kökənli isimlər də yer alıb.
Qeyd edək ki, rəsmi Kiyev keçən il mindən çox, 2017-ci ilin əvvəlindən bu yana isə 600 Rusiya vətəndaşının ölkəyə girişini qadağan edib.