13 İyun 2017 08:56
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən belə başa düşürəm ki, Körfəz ölkələri arasında yaşanan son hadisələr Amerika və İsrailin istəyi ilə olub. Bu məsələdə ABŞ-a xüsusi yaxınlığı ilə seçilən Səudiyyə Ərəbistanı da mühüm rol oynayır.

Bu fikirləri Teleqraf.com-a sabiq deputat, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül deyib.

Hacı Əbdül qeyd edib ki, bütün bu addımlar islam dünyasına qarşı bir hərəkətdir: “Sözsüz ki, burada məqsəd ondan ibarətdir ki, Livan, Suriya, Yəmən, Liviya kimi digər ölkələri də pis günə salsınlar. Fikrimcə, onlar Türkiyəni, İranı və hətta Pakistanı da belə vəziyyətdə görməyi arzu edirlər. Onların planlarına baş əyməyən ölkələrdən biri də Qətər Əmirliyidir. Qətərə qarşı sərt mövqe tutulasının əsas səbəbi budur”.

Sabiq deputatın sözlərinə görə, Qətərin üzərinə gələn, onu izolyasiya edən ərəb ölkələri Dohanı cəzalandıra bilməzlər: “Qətəri cəzalandırsalar çox pis vəziyyətə düşərlər. Söhbət günahsız bir dövlətdən gedir. Qətər inkişaf edən müsəlman dövlətidir. Ancaq təəssüflər olsun ki, bunlar inkişaf etmiş bir müsəlman dövləti görmək istəmirlər. Belə dövlət olan kimi dağıtmaq istəyirlər. Gözümüzün qarşısında Türkiyənin başına nə oyun açdılar? İraqı belə dağıtdılar”.

Hacı Əbdül deyib ki, Tehran və Ankaranın Dohanı müdafiə etməsinə sevinir: “Əgər bu iki dövlətlər birlikdə vaxtı ilə digər islam ölkələrini müdafiə etsəydilər, onlar dağılıb indiki pis duruma düşməzdilər”.


Müəllif: Cavad