Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində aparılan danışıqlardakı irəliləyişi alqışlayır.
Teleqraf.com-un məlumatına görə, bu barədə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.
Bəyanatda qeyd olunur ki, Aİ Azərbaycan, Ermənistan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları, ümumi maraqları əks etdirən investisiya təşviqini, ticarət və intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək.