Cenevrədə keçiriləcək “Suriya böhranı və problemin siyasi vasitələrlə həlli” mövzusunda danışıqlarda iştirak üçün PYD-yə dəvətnamə göndərilməyib.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya mediası xəbər yayıb.
“RİA Novosti” agentliyinə danışan PYD nümayəndəsi bildirib ki, onlar Cenevrə danışıqlarına dəvət edilməyib:
“Bu, Türkiyənin təzyiqi ilə baş verib”.
Cenevrə konfransına PYD qatıla bilməsə də, Suriyadakı əksər müxalif qrupların nümayəndələri dinləmələrdə iştirak edəcək.