14 İyul 2018 11:44
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 iyul 1969-cu ildə Heydər Əlirza oğlu Əliyev o dövr rəsmi hakimiyyət olan Azərbaycan partiya təşkilatının rəhbəri seçilib. Bu tarix Azərbaycanın ən yeni tarixinin başladığı dövrdür.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı başlayıb, respublikanın adı SSRİ və dünya miqyasında səslənib: “Mədəniyyətimizin, incəsənətimizin inkişafına hərtərəfli qayğı göstərilib. Heydər Əliyev Sovet Azərbaycanına 13 illik rəhbərliyi dövründə xalqına sədaqətlə rəhbərliyin nümunəsi göstərib, milli birlik yaradıb, torpaqlarımıza sahiblik üçün xalqın cəbhəsini formalaşdırıb. Heydər Əliyev adı inkişaf, millilik və müasirlik, insanlıq və mübarizlik deməkdir”, - deyə Aydın Mirzəzadə qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər