19 İyul 2018 01:28
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən çox şadam ki, İtaliya Respublikası Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri bu cür əhəmiyyətli dövrə təsadüf edir. Sizin və xanımızın bizim ölkəyə etdiyiniz səfərlərə qarşılıq vermək üçün mənə şərait yaradan bu səfər Azərbaycan Xalq Cümhuriyyətinin ötən aylarda Roma şəhərində də yüz illiyinin qeyd edilməsindən sonra və İtaliyanın ATƏT-ə - dövlətlər arasında dialoq və sülh şəraitində əməkdaşlığa dəstək verilməsi məqsədilə yaradılmış təşkilata sədrliyi ərəfəsində həyata keçirilir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri İtaliya Respublikasının prezidenti Sercio Mattarella onun şərəfinə keçirilən rəsmi qəbulda söyləyib.

“İtaliya və Azərbaycan 25 ildən çoxdur ki, diplomatik əlaqələr çərçivəsində qeyri-adi inkişafa malik münasibətlərin şahididir. Bu müddət ərzində gələcəkdə də hər bir sahədə əlaqələrimizin güclənməsinə yönəlmiş strateji tərəfdaşlığın toxumlarını səpməklə iki ölkənin qarşılıqlı dostluq və tərəfdaşlığını genişləndirməyə imkan verən mədəni, siyasi-rəsmi və ticari-iqtisadi sahələrdə çox sıx mübadilə şəbəkəsi yaranıb. Qədim və dərin köklərə söykənən qarşılıqlı əlaqələrimiz son onillikdə daha da intensivləşib”, deyə İtaliya prezidenti bildirib.

Sercio Mattarella qeyd edib ki, qarşıda duran mürəkkəb çətinliklər dinlər və mədəniyyətlər arasında sülh şəraitində birgəyaşayışı qorumağa ehtiyac olduğunu vurğulayan bir mühitdə regionda sabitliyin davamlılığına yönəlmiş əlaqələrin möhkəmləndirilməsinə şərait yaradır: “Bu sahədə Azərbaycanın nümayiş etdirdiyi nümunə qiymətlidir. İllərdir ki, ölkələrimiz çoxtərəfli və xüsusən də ikitərəfli əməkdaşlığımızda mühüm əhəmiyyətə malik energetika və sənaye sektorlarında uğurla əməkdaşlıq edir. Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi cəhətdən mövcud əhəmiyyətli əlaqələr zəifləmədən və ya məhdudlaşmadan illər ərzində dərin mədəni və sosial dəyərlərlə zənginləşmişdir.Biz son illər ərzində azərbaycanlı tələbələrə verilən təhsil vizasının sayının iki dəfədən çox artmasını xüsusi olaraq cəsarətləndirici hal hesab edirik. Bu cür inkişaf bizi fərəhləndirir. Biz fəal şəkildə Azərbaycanın gənc istedadlarını yetişdirməyi, onlara təhsil və gənclərimizlə təcrübə mübadiləsi imkanları yaratmaqla gələcəkdə də həmin inkişafı davam etdirməyi düşünürük”.

İtaliya prezidenti vurğulayıb ki, mədəni sahədə əlaqələr hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır: “Ölkələrimizin elm və mədəniyyət qurumları arasında mövcud əməkdaşlığın bəhrəsi olan yüksək profilli və əhəmiyyətli layihələr vasitəsilə də İtaliya bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Azərbaycanın paytaxtı ziyarətçilərə mədəni və tarixi memarlıq baxımından bəşəriyyətin mədəni irsi çərçivəsində haqlı olaraq tanınan, cəlbedici və hərtərəfli fərqlilik nümayiş etdirir. Gənc və istedadlı xalqın əhəmiyyətli potensialı ilə birləşən varislik sülhə, dünyaya açıqlığa, dialoqa və tərəqqiyə əsaslanan gələcək qurmağa yönələn dəyərli bir irsi təşkil edir. İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək”.


Müəllif: Teleqraf.com