Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan hakimiyyətə gələn kimi Azərbaycanın işğal edilmiş torpaqlarında işğalçılıq siyasətinə pafosla haqq qazandırmasına, hətta separatçıların danışıqlar masasına əyləşməsini tələb etməsinə baxmayaraq, vaxtilə erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasının qızğın tərəfdarı kimi çıxış edirdi.
Paşinyanın Qarabağda erməni işğalını pisləyən mövqeyini görmək üçün onun bu il Ermənistanda bestseller olan “Torpağın əks tərəfi” adlı bioqrafik romanına baxmaq kifayətdir.
“Biz əraziləri sülh naminə qaytarmağa hazırıq” ifadəsi qırmızı xətlə keçən romanda Paşinyan yazır: “Ermənistanda üfüq yoxdur, Ermənistanda düzənlik yoxdur, Ermənistanda nəzərlərini uzada bilmirsən, Ermənistanda sənin gördüklərin sənə kifayət qədər görünür, bir halda ki hansı tərəfə baxacaqsansa, nəsə görəcəksən. Ermənistanda baxışlarını uzaqlara dikmək üçün yalnız bir istiqamət var – yuxarı, səmaya doğru, lakin bu sənə hədsiz görünmür, çünki sən ona tərəf gedə bilmir, hədsizliyin hara qədər uzandığını yoxlaya bilmirsən. Hədsizlik hissi yalnız o vaxt olur ki, sən bunun təxminən harada qurtardığını bilirsən.
Və mən Ağdamı xatırlayıram. Mənim uşaqlarım dağıdılmış evlərin arasında qaçışırdılar və biz həyat yoldaşımla birlikdə təpənin üzərində şərqə tərəf baxırdıq. Bu adət edilməmiş hiss idi: erməni döyüşçüsünün sahib olduğu torpaqda dururuq və bu torpaq düzənlikdir və buradan hədsiz görünür. Biz şərqə baxırıq və mənə elə gəlir ki, baxışlarım Pamir dağlarına söykənir. Mən doğma həmyerlilərimin arasında dayanıram, burada erməni qanunları hərəkət edir, bu düzənlikdir və baxışlarım Pamir dağlarına söykənir. Və mən utanıram ki, bu mühribədə iştirak etmişik. Biz həyat yodaşımla eyni şeyi düşünür, lakin bunu dilə gətirmirik. Sonda o daha cəsarətli olur və deyir:
- Bu əraziləri Azərbaycana necə qaytarmaq olar?
Biz qəzetimizdə bu mövqenin tərəfdarlarını tənqid edirik və deyirik: bir qarış torpağı düşmənə verməməliyik. Bu nədir? Yalan? Ehtimal ki, ürəklə ağılın qarşıdurmasıdır. Ürək arzulayır ki, düzənlik olsun və mənim baxışlarım Pamir dağlarını parçalasın. Lakin ağıl deyir ki, “bu əraziləri sülh naminə qaytarmağa hazırıq” sözlərini bərkdən demək və bir hissə görə özünü təhlükəyə atmaq lazım deyil. Və biz qayıdırıq: düzənlik qurtarır, deməli Ermənistan başlanır.
Qırmızı avtobus hər səhər saat 7-də bazarın yanında Qazaxa yola düşürdü. Bazar günləri biz atamla Qazax su anbarına balıq tutmağa gedirdik. Bax burada Sovet Ermənistanı qurtarır və Sovet Azərbaycanı başlanır. Və mən anlaya bilmirəm, təbiət necə insanların qoyduğu sərhədlərə uyğunlaşa bilər? Necə sərhədin bu tərəfində bir təbiət ola bilər, o biri tərəfində başqa? Axı sərhədləri insanlar qurur, təbiət sərhədləri tanımır. Sonra kənd sakinləri ilə söhbətdə anlayıram ki, təbiət sərhədə uyğunlaşmadı, biz təbiətə uyğunlaşdıq. “Kim bizi hədələyirdi, biz dərhal bu dağlara çıxırdıq”, – deyə kəndin qoca sakinləri danışır. Bunu çox sakit edirlər, sanki belə də olmalı idi. Faktiki olaraq, Ermənistan – deyil vətən, gizlənmək, örtünmək üçün yerdir. Buna görə də insanlar burada gizli yaşayırlar, örtünürlər, lakin evdə başqa cür danışırlar.
Amma Ağdam? Ağdamda bu necə alındı? Bu sualın cavabı tamamilə aydın görünür: Ermənistanda insanlar evlərindən çıxdılar, hansı ki, bir neçə ilə qədər onlar gizlənirdi və budur onların baxışı dəyişdi.
1 martda səhər mən Azadlıq meydanından qaçdım. Azadlıq meydanı mənə Ağdam kimi görünürdü. Baqramyan prospektində düzənlik başa çatır və dağlara qalxma başlanır. Və kimsə hədələdi, biz yenidən qaçırıq, dağlara qaçırıq.
Problem ermənidə, yaxud türkdə deyil, Allah özü kömək olsun. Problem hüquqdadır, qanunsuzluğun kobud gücü qarşısında geri çəkilmədədir problem, sırtıqlıqdır, qalxmaqdadır problem, problem öldürmək və öldürülmüş olmaqdadır.
1 martda biz qayıtdıq və qalxdıq. Nə qədər mümkün idi, o qədər qalxdıq, bizim qalxa biləcəyimizi sübut etmək üçün. 1 martda erməni xalqı qaçmadı. Əksinə, çıxan yad idi, amma düşmən deyildi. 1 martda bizə qarşı çıxan özgə deyildi, lakin onu bizi öldürməyə məcbur edən düşüncə idi. 1 martda düşmən gizli idi, bu düşmən bizdən idi və biz düşmənə qalib gələ bildik.
Mən indi oxuyuram və təəccüblənirəm: Amerika bizi yönləndirirdi, Avropa bizi yönləndirirdi, bizi masonlar yönləndirirdi, Soros... Oxuyuram... və əlimdəki stəkanı divara tullayıram”.
Qeyd edək ki, tərcümə zamanı üslubu qorumağa çalışmışıq.