Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf.com “news.am”a istinadla xəbər verir ki, görüş İrəvanda baş tutub.
Tərəflər təhlükəsizlik, xarici siyasət, 2019-cu ildə qondarma respublika və Ermənistanın dövlət büdcəsinin formalaşdırılması məsələlərini müzakirə edib.