15 Dekabr 2018 09:32
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatlar təqdim edilib.

Teleqraf.com xəbər verir ki, mükafatları bu günkeçirilən Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

İclasın sonunda kadr məsələləri gündəmdə olub. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.


Müəllif: Teleqraf.com