26 İyun 2019 15:19
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlər təmas xəttində Ermənistan və Azərbaycan ordusu arasında hökm sürən sakitlik xarici işlər nazirlərinin Vaşinqtonda baş tutmuş görüşünün nəticəsi sayıla bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında siyasi ekspert Toğrul Cuvarlı deyib.

Ekspertin fikrincə, Vaşinqton görüşü yeni mərhələnin başlanğıcı sayıla bilər.

Cuvarlı cəbhə xəttində hərbçilərin ölümü ilə nəticələnən bir neçə olayı xatırladaraq, görüşdən sonra aranın bir qədər sakitləşdiyini vurğulayıb:

“Son dönəmlərin əsas gərginliyi may-iyun aylarına təsadüf edir. Qənaətimə görə, Vaşinqtonda sülhyaratma prosesi yenidən başladı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər