ABŞ bir müddət əvvəl ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməyi ilə Ermənistanla Azərbaycan arasında baş tutmuş jurnalistlərin qarşılıqlı səfərini alqışlayır.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının “Twitter” səhifəsində qeyd edilib.
Qeyd olunub ki, bu cür qarşılıqlı səfər mübadiləsi əhalini sülhə hazırlayır və gərginliyi azaldır.