22 Noyabr 2019 23:55
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid edirəm Mehriban xanım intellekti və beynəlxalq nüfuzu ilə xarici siyasətdə daha cəsarətli və çevik siyasət yürütmək üçün Prezidentə lazımı dəstəyi verməkdədir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzusu ətrafında suallarını cavablandırıb:

- Qüdrət bəy, Azərbaycanın birinci vitse - prezidentinin Moskvaya səfərini necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Rusiya bizim üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Biz Qarabağın azadlığı üçün ən azı Rusiyanın tərəfsizliyini təmin etməliyik. Bunun yolu Rusiya ilə səmimi və açıq dialoqdan keçir. Biz Rusiya ilə münasibətləri qurarkən həm də onu nəzərə almalıyıq ki, orada iki milyondan çox azərbaycanlı yaşayır və onların Azərbaycana, yaxınlarına göndərdiyi vəsait əhalinin böyük bir hissəsinin sosial vəziyyətinin pisləşməməsində əhəmiyyətli rol oynayır. Mən həmişə söyləmişəm ki, Qarabağın azadlığı üçün müharibə variantı riskli olduğundan və böyük dağıntılara səbəb ola biləcəyindən biz problemin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə Rusiya ilə anlaşmalıyıq.

Qərbdən Ermənistanın təbii müttəfiqi olması, təbii müttəfiqlərimizdən isə Rusiya nüvə silahına malik olduğundan ondan çəkindikləri səbəbindən kömək gözləməyimiz özümüzü aldatmaqdan başqa bir şey deyil. Qarabağın azadlığı naminə biz Ermənistana deyil, Rusiyaya güzəştə gedib, suverenliyimizə ziyan vurmadan onun Cənubi Qafqazda maraqlarını təmin edə, Rusiyaya Ermənistandan daha yaxın olmaq üçün Rusiya - Belarus İttifaqına, KTMT -yə daxil ola bilərik. Nəzərə almalıyıq ki, dövlətlərin əbədi müttəfiqləri yox, əbədi maraqları olur. Ermənistan istəsə də Rusiyanın orbitindən kənara çıxa bilməz. Ümid edirəm Mehriban xanım intellekti və beynəlxalq nüfuzu ilə xarici siyasətdə daha cəsarətli və çevik siyasət yürütmək üçün Prezidentə lazımı dəstəyi verməkdədir.

Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər Rusiya yalnış olaraq münaqişənin saxlanması siyasətindən imtina etməzsə iqtidar bu barədə xalqımızla açıq danışmalı, torpaqlarımızın azalığı üçün Böyük Vətən müharibəsinə başlamalıdır. Əks halda, indiki siyasətin davam etdirilməsi Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq.

- Qüdrət bəy, Ata Abdullayevin Milanda Paşinyanla dialoquna münasibətiniz necədir?
- Əli Həsənov bildirib ki, A.Abdullayevin kilsəyə gedişi onun özfəaliyyəti olub.

Hazırlıqsız birisinin, həm də erməni auditoriyası qarşısında bir ölkənin baş naziri ilə polemikada uduzacağı hər kəsə bəlli olmalı idi. Hesab edirəm ki, bizim xarici kəşfiyyat Ermənistanın yüksək ranqlı rəsmilərinin xarici ölkələrə səfərlərini diqqətdə saxlamalı, Abdullayevin bu fəaliyyətindən xəbər tutmalı, ya onun qarşısını almalı, ya da onu ciddi hazırlamalı idilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər