11 Dekabr 2019 17:24
325

Bu gündən etibarən bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin dairə seçki komissiyalarına çatdırılmasına başlanılıb. Bu, olduqca ağır və məsuliyyətli mərhələdir.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məsələ barədə məlumat verən MSK üzvü Rövzət Qasımov bildirib ki, noyabrın 30-dan etibarən seçki bülletenlərinin çapına başlanılıb və komissiyanın qərarı ilə 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub:

“Bu gün 24 dairəyə bülletenlər çatdırıldı. Əlbəttə, daha çox dairəyə bülleten çatdıra bilərdik. Amma daha aramla bu işi həyata keçirmək üçün bu addım atıldı. Qeyd edim ki, bu iş Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək təhlükəsizlik tədbirləri şəraitində həyata keçib. Daxili İşlər Nazirliyi bülletenlərin nəqlini həyata keçirmək üçün əməkdaşlar ayırıb. Dekabrın 16-dək bu prosesə yekun vurmağı planlaşdırırıq. Bu gün axşam bülletenlər təyyarə ilə Naxçıvana da yola salınacaq”.


Müəllif: Səxavət